"Sabah"ın UEFA AL-in I təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu
Əziz Əzizli
Azərbaycan Kubokunun 2024/2025-ci il mövsümünü qalib başa vuran “Sabah” tarixində ilk dəfə UEFA Avropa Liqasında iştirak edəcək.
Operativ Media xəbər verir ki, artıq "bayquşlar"ın Avropa Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqibləri bəllidir. “Sabah” bu mərhələdə aşağıdakı komandalardan biri ilə qarşılaşacaq:
“Şaxtyor” (Donetsk, Ukrayna)
“Legiya” (Polşa)
“Partizan” (Serbiya)
“Şerif” (Tiraspol, Moldova)
ÇFR (Kluj, Rumıniya)
“Hapoel” (Byer-Şeva, İsrail)
“Çelye” (Sloveniya)
“Spartak” (Trnava, Slovakiya)
Birinci təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net