Menyu

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurdular

Əziz Əzizli
Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurdular

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə böyüklər arasında Avropa Kuboku başa çatıb.

Operativ Media xəbər verir ki, yarışın sonuncu – ikinci günündə milli komandamızın 3 üzvü fəxri kürsüyə yüksəlib.

-48 kq çəki dərəcəsində Könül Əliyeva bütün görüşlərdə qalib gələrək qızıl medal qazanıb. Cüdoçumuz finalda polşalı Natalya Stoklosanı məğlub edib. Bu çəkidə digər təmsilçimiz Leyla Əliyeva isə bürünc medala sahib çıxıb.

-52 kq çəkidə tatamiyə çıxan Gültac Məmmədəliyeva da keçirdiyi üç görüşdən qalib ayrılaraq qızıl medala layiq görülüb. O, finalda Buketnur Karabulutu (Türkiyə) üstələyib.

Yarışın ilk günündə isə Günel Həsənli (-70 kq) bürünc medalla yadda qalmışdı.

Beləliklə, Azərbaycan yığması ümumilikdə 2 qızıl və 2 bürünc medal qazanaraq 30 ölkə arasında qadınların mübarizəsində 1-ci, ümumi komanda hesabında isə 5-ci yeri tutub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər