ABŞ səfirliyi Azərbaycan mini futbol komandasını təbrik edib
Əsəd Abbaslı
ABŞ-nin Bakıdakı səfirliyi Azərbaycanın mini futbol üzrə milli komandasını dünya çempionatında qazandığı tarixi qələbə münasibətilə təbrik edib.
Operativ Media xəbər verir ki, təbrik mesajı Səfirliyin rəsmi X hesabında paylaşılaraq, komandaya uğurlar arzulanıb.
Paylaşımda bildirilib:
"Azərbaycanın Mini Futbol üzrə Milli Komandasını tarixdə ilk dəfə olaraq Mini Futbol üzrə Dünya Çempionatının qalibi olması münasibətilə təbrik edirik!"
Qeyd edək ki, Azərbaycanın minifutbol üzrə milli komandası final oyununda Macarıstan millisini məğlub edərək dünya çempionatının qalibi olub.
4-2 hesabı ilə qalib gələn Azərbaycan millisi qızıl medallara yiyələnib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net