Azərbaycan şahmatçısı "Dubai Open" turnirində növbəti oyununu keçirib
Əziz Əzizli
Birləşmiş Ərəb Əmirliklərində keçirilən "Dubai Open" turnirində 4-cü tur başa çatıb.
Operativ Media xəbər verir ki, Azərbaycan şahmatçısı Məhəmməd Muradlı 4-cü turda heç-heçə oynayıb. Hesabat turunda M.Muradlı Aleksey Qerbnevlə (FIDE) xalı yarı bölüb. Xal itkisinə baxmayaraq Muradlı liderlər qrupunda yer alıb. Məhəmməd 3,5 xal toplayan 5 şahmatçında biridir və 3-cü pillədə qərarlaşıb.
Turnirdə iştirak edən digər təmsilçimiz Şıroğlan Talıbov və Kənan Qarayev məğlub olub. Gövhər Beydullayeva və Xanım Balacayeva turu yarım xalla başa vurublar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net