Azərbaycanın iki güləşçisi Dünya Seriyasının 2-ci mərhələsində güclərini sınayacaq
Əziz Əzizli
Həftəsonu Xorvatiyanın Poreç şəhərində Dünya Seriyasının 2-ci mərhələsi keçiriləcək.
Operativ Media xəbər verir ki, iki gün davam edəcək yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında bu növdə 3 qat dünya çempionu olmuş İbrahim Yusubovla (90 kq) yanaşı, debütant Vüsal Əliyev (80 kq) çıxış edəcək.
Mayın 31-i qrup mərhələsinin görüşləri keçiriləcək. Həlledici qarşılaşmalar iyunun 1-i baş tutacaq. Görüşlər Bakı vaxtı ilə 12:00-da başlayacaq.
Xatırladaq ki, Dünya Seriyası 5 mərhələdən ibarətdir. Yekunda bütün mərhələlər üzrə ən çox xal toplayan güləşçilər dünya çempionu ünvanına sahib çıxacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net