Gənclər arasında 2025-ci ildə keçiriləcək dünya çempionatının qrupları bəlli oldu
FİFA gənclər komandaları arasında 2025-ci ildə keçiriləcək dünya çempionatının püşkatmasının nəticələrini açıqlayıb.
Operativ Media xəbər verir ki, yarış sentyabrın 27-dən oktyabrın 19-dək Çilinin dörd şəhərində baş tutacaq: Rancaqua, Santyaqo, Talka və Valparaiso.
Gənclər arasında 2025-ci il Dünya Çempionatı üçün qrupların tam siyahısı:
A qrupu: Çili, Misir, Yaponiya, Yeni Zelandiya.
B qrupu: Cənubi Koreya, Panama, Paraqvay, Ukrayna.
C qrupu: Braziliya, Meksika, Mərakeş, İspaniya.
D qrupu: Argentina, Avstraliya, Kuba, İtaliya.
E qrupu: Fransa, Yeni Kaledoniya, Cənubi Afrika, ABŞ.
F qrupu: Kolumbiya, Nigeriya, Norveç, Səudiyyə Ərəbistanı.
2022-ci ilin fevral ayından etibarən bütün Rusiya futbol klubları və komandaları beynəlxalq yarışlardan kənarlaşdırılıb. 2023-cü ilin sentyabrında UEFA İcraiyyə Komitəsi 17 yaşdan kiçik oyunçuları olan Rusiya milli komandalarının öz turnirlərində iştirakına icazə versə də, oktyabrda qərarını ləğv edib.