"Qəbələ" 5 futbolçusu ilə yollarını ayırdı
Əziz Əzizli
"Qəbələ” 5 futbolçu ilə yollarını ayırıb.
Operativ Media xəbər verir ki, qapıçı Müşviq Nadirov, yarımmüdafiəçi Samir Həsənov və hücumçu Ruslan Voronsovla başa çatan müqavilələr uzadılmayıb. Müdafiəçi İbrahim Ramazanov və yarımmüdafiəçi Oçe Oçoveçinin icarə müddəti başa çatıb.
Bu futbolçuların dördü 2024-cü ilin yayından, İbrahim 2025-ci ilin əvvəlindən “qırmızı-qaralar”ın formasını geyinirdi.
“Qəbələ” İdman Klubu yollarını ayırdığı futbolçulara təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net