Menyu

İsko: Avrokubokların finallarında səhvlər çox baha başa gəlir

Əziz Əzizli
İsko: Avrokubokların finallarında səhvlər çox baha başa gəlir

"Betis"in yarımmüdafiəçisi İsko komandasının Konfrans Liqasının finalında "Çelsi"yə məğlubiyyətini (1:4) şərh edib.

Operativ Media xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb.

"Çox çətin oyun oldu, amma futbol səhvləri bağışlamır. Birinci hissənin yaxşı keçməsinə baxmayaraq, ikinci hissədə rəqibimiz bizi tamamilə üstələdi. Qalib gəlməyə yaxın idik, amma bundan necə yararlanacağımızı bilmirdik. Avrokubokların finallarında səhvlər çox baha başa gəlir", - deyə İsko bildirib.

UEFA Konfrans Liqası kubokunu qazanan "Çelsi" bütün Avropa yarışlarında qalib gələn ilk komanda olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər