Balotelli ABŞ-də oynamaq istəyir
Əziz Əzizli
"Cenoa"nın hücumçusu Mario Balotelli karyerasını ABŞ-də davam etdirmək istəyir.
Operativ Media xəbər verir ki, bu haqda jurnalist Nikolo Şira futbolçudan sitat gətirib.
"Cenoa" yanlış seçim idi. Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm. Təqaüdə çıxana qədər daha iki-üç il oynamaq istərdim. Harada? Mən ABŞ-ni xəyal edirəm", - deyə Balotelli bildirib.
İtalyanın klubla müqaviləsi 30 iyun 2025-ci ildə başa çatır.
Balotelli "Cenoa"ya oktyabrın sonunda keçib. Bu müddət ərzində 34 yaşlı forvard A Seriyasında 6 oyun keçirib və bu oyunlarda qol vurmayıb.
"Transfermarkt" Balotellinin dəyərini 500 min avro qiymətləndirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net