Yunan-roma güləşi üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb
Yunan-Roma güləşi üzrə millimiz növbəti təlim-məşq toplanışına başlayıb.
Operativ Media xəbər verir ki, Vladiqafqaz toplanışını başa vuran yığmamız bir neçə günlük fasilənin ardınca Qubaya yollanıb. Komandamız ABŞ millisi ilə birgə Şimal bölgəsində təlim-məşq toplanışı keçəcək. Bu gün startı verilən hazırlıq prosesi iyunun 6-dək davam edəcək.
Toplanışda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Kamran Məmmədovun rəhbərliyi altında 26 güləşçi iştirak edir:
55 kq Eldəniz Əzizli, Elmir Əliyev, Rəşad Məmmədov
60 kq Nihat Məmmədli, Nihad Quluzadə, İlkin Qurbanov, Hüseyn Qəribov
63 kq Murad Məmmədov, Ziya Babaşov, Fərid Baxışlı
67 kq Həsrət Cəfərov, Fərid Xəlilov, Məhəmməd Şükürzadə
72 kq Ülvü Qənizadə, Ruslan Nurullayev
77 kq Sənan Süleymanov, Xasay Həsənli
82 kq Qurban Qurbanov, Tuncay Vəzirzadə
87 kq İslam Abbasov, Rafiq Hüseynov
97 kq Arif Niftullayev, Murad Əhmədiyev, Məhəmməd Əhmədiyev
130 kq Beka Kandelaki, Sərxan Məmmədov
Quba toplanışı 17-20 iyulda Macarıstanda keçiriləcək ilin son reytinq turnirinə, eləcə də 13-21 sentyabrda Xorvatiyada təşkil ediləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.