Menyu

Azərbaycan avarçəkənləri beynəlxalq reqatada daha bir qızıl medal qazandı

Əziz Əzizli
Azərbaycan avarçəkənləri beynəlxalq reqatada daha bir qızıl medal qazandı

Azərbaycan avarçəkənləri Slovakiyada yeniyetmə və gənclər arasında keçirilən kayak, kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası”nda daha bir qızıl medal qazanıb.

Operativ Media xəbər verir ki, 20-dən çox ölkənin mübarizə apardığı turnirdə komanda uğurlu çıxışını davam etdirir.

Ötən gün 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə qızıl medala layiq görülən Tatyana Smilovenko ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, bu dəfə 500 metr məsafədə bütün rəqiblərini geridə qoyub.

Qeyd edək ki, yarışların ilk günündə kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə ikinci yer tutub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər