Premyer Liqa klubu "Milan"ın qapıçısını transfer etmək istəyir
Əziz Əzizli
"Mançester Yunayted" "Milan"ın qapıçısı Mik Maynyanla maraqlanır.
Operativ Media xəbər verir ki, bu haqda jurnalist Nikolo Şiraməlumat yayıb.
Mənbə deyir ki, “qırmızı şeytanlar” fransız qolkiperlə bağlı araşdırma aparıb.
Daha əvvəl mətbuatda qapıçılar Andre Onana və Altay Bayındırın bu yay "Mançester Yunayted"i tərk edə biləcəyi barədə xəbərlər yayılmışdı.
Bu mövsüm Maynyan bütün yarışlarda 52 oyun keçirib, 14 oyunda qapısını toxunulmaz saxlayıb. Onun "Milan"la müqaviləsi 2026-cı ilin yayına qədərdir.
"Transfermarkt"ın məlumatına görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net