"Turan Tovuz"un futbolçusu 100-ə çatdı
Əziz Əzizli
"Turan Tovuz”un futbolçusu İsmayıl Zülfüqarlı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Operativ Media xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının 36-cı turunun “Kəpəz”lə matçına (4:0) təsadüf edib.
24 yaşlı yarımmüdafiəçi bu görüşlərdə 3 qol vurub. İsmayılın debütü 2019/20 mövsümündə “Neftçi”nin heyətində gerçəkləşib.
Premyer Liqada iki klubda forma geyinən Zülfüqarlı “Neftçi”də 52, “Turan Tovuz”da 48 qarşılaşmaya çıxıb. O, hər üç qolunu Bakı klubunda vurub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net