Menyu

Qurban Qurbanov "Barselona" klubunun düşərgəsində olub

Əziz Əzizli
Qurban Qurbanov "Barselona" klubunun düşərgəsində olub

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov İspaniyanın “Barselona” klubunun düşərgəsində olub.

Operativ Media xəbər verir ki,  təcrübəli mütəxəssis üçgünlük səfər çərçivəsində La Liqa nəhənginin həm əsas, həm də aşağı yaş qruplarına – U-19, U-15 və U-10 komandalarına məxsus məşqləri izləyib.

Səfər zamanı Qurbanov “Barselona” klubunun bir sıra önəmli şəxsləri ilə də fikir mübadiləsi aparıb. O, komandanın almaniyalı baş məşqçisi Hans-Diter Flik, UEFA Gənclər Liqasının qalibi olan U-19 komandasının çalışdırıcısı Yuliano Beletti və klubun idman direktoru Deku ilə görüşüb.

Səfərin əsas məqsədi “Barselona”nın məşq prosesi və futbol fəlsəfəsi ilə daha yaxından tanış olmaq olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər