Menyu

"Atalanta" Lukman və Edersonun satışından 90 milyon avro qazanmağı hədəfləyir

Əziz Əzizli
"Atalanta" Lukman və Edersonun satışından 90 milyon avro qazanmağı hədəfləyir

"Atalanta" rəhbərliyi nigeriyalı hücumçu Ademola Lukmanı və braziliyalı yarımmüdafiəçi Edersonu satmaq niyyətindədir.

Operativ Media xəbər verir ki, bu barədə "Gazzetta dello Sport"  məlumat yayıb.

Ümumilikdə klub iki futbolçudan 90 milyon avro qazanmağı planlaşdırır. Xüsusilə, nigeriyalı 40 milyon avro, braziliyalı isə ən azı 50 milyon avro qarşılığında komandadan buraxılmağa hazırdır.

Bu arada, "Atalanta" hələ Lukman üçün konkret təklif almayıb , Ederson isə "Yuventus" , "Atletiko Madrid", "Liverpul" və "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

Hər iki oyunçunun "Atalanta" ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir . 2024/2025 mövsümündə 27 yaşlı Lukman 39 oyun keçirib, 20 qol vurub və 7 məhsuldar ötürmə edib. 25 yaşlı Ederson 48 oyuna çıxıb , 5 qol və 2 məhsuldar ötürmə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər