Menyu

FİFA prezidenti "Qarabağ"ı çempionluq münasibətilə təbrik edib

Əziz Əzizli
FİFA prezidenti "Qarabağ"ı çempionluq münasibətilə təbrik edib

FIFA prezidenti Gianni İnfantino “Qarabağ” Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün qalibi olması münasibətilə təbrik edib.

Operativ Media xəbər verir ki, o, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəfə məktub ünvanlayıb.

"Hörmətli prezident, bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam!

Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.

Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm", - məktubda bildirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər