Azərbaycan – Macarıstan oyununun hakim təyinatları açıqlandı
Əziz Əzizli
Azərbaycan milli komandası ilə Macarıstan yığması arasında iyunun 10-da keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.
Operativ Media xəbər verir ki, görüş “Liv Bona Dea Arena” stadionunda baş tutacaq. Qarşılaşmanı belaruslu hakim Viktor Şimusik idarə edəcək. Ona yan xətt hakimləri Sergey Kasavets və Anton Qusev kömək edəcək.
Dördüncü hakim funksiyasını isə azərbaycanlı Cavid Cəlilov yerinə yetirəcək.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma