Del Pyero məşqçilik lisenziyası alıb
Əziz Əzizli
"Yuventus"un və İtaliya yığmasının sabiq hücumçusu Alessandro Del Pyero İtaliya Futbol Federasiyasından (FIGC) məşqçilik lisenziyası alıb.
Operativ Media xəbər verir ki, o, bu haqda sosial media hesabında paylaşım edib.
"Bu gündən siz mənə "Cənab" deyə bilərsiniz. FIGC-yə və bu kursda məni müşayiət edən bütün müəllimlərə təşəkkür edirəm.vBu mühüm təhsil səyahətində mənimlə əməkdaşlıq edən və təcrübələrini bölüşən bütün insanlara minnətdaram", - deyə Del Pyero qeyd edib.
50 yaşlı italyan karyerasını 2015-ci ildə başa vurub. O, "Yuventus", "Padova", Avstraliyanın "Sidney" və Hindistanın "Dehli Dinamos" klublarında çıxış edib. Forvardın İtaliya millisində də 91 matçda 27 qolu var.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net