Menyu

Azərbaycan II Liqasında çempion bəlli olacaq

Əziz Əzizli
Azərbaycan II Liqasında çempion bəlli olacaq

Azərbaycan 2-ci Liqasında bu gün mövsümə yekun vurulacaq.

Operativ Media xəbər verir ki, 26-cı turun son oyun günündə 4 matç keçiriləcək. 2024/25 mövsümünün çempionu da məhz bu gün bəlli olacaq.

Lider "Şahdağ Qusar" "Dinamo"nun qonağı olacaq. 2-ci pillədəki "Şəfa" isə səfərdə "Qusar"la üz-üzə gələcək. Hazırda "Şahdağ Qusar"ın 71, "Şəfa"nın isə 68 xalı var. 

Bu gün həmçinin "Şəmkir" "Sheki City" ilə, "Araz-Saatlı" isə "Hypers Quba" ilə qarşılaşacaq.

Qeyd edək ki, "Şahdağ Qusar", "Şəfa" və "Şimal" 1-ci Liqaya vəsiqəni təmin ediblər. 

21 may (çərşənbə) 

17:00. “Şəmkir” – “Sheki City”

17:00. “Araz Saatlı” – “Hypers Guba”

17:00. “Dinamo” – “Şahdağ Qusar”

17:00. “Qusar” – “Şəfa” 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər