"Liverpul"un hücumçusu 300-ə çatdı
Əziz Əzizli
“Liverpul”un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında 300-cü matçına çıxıb.
Operativ Media xəbər verir ki, bu, 37-ci turda “Brayton”la matçda (2:3) reallaşıb.
Misirli hücumçu həmçinin Afrika qitəsinin belə yüksək göstəriciyə çatan dördüncü nümayəndəsi olub. İlk 3 pillədə qərarlaşan Kolo Ture (Fil Dişi Sahili, 353 matç), Vilfrid Zaha (Fil Dişi Sahili, 305 matç) və Cordan Ayyudur (Qana, 303 matç).
Qeyd edək ki, Salah 2017-ci ildən “Liverpul”un formasını geyinir. O, buna qədər İngiltərə çempionatında “Çelsi”də (2014-2016) çıxış edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net