Laporta: "Yamal artıq "Barselona"nın yeni müqavilə təklifini qəbul edib"
Əziz Əzizli
"Barselona"nın prezidenti Joan Laporta hücumçu Lamine Yamalla müqavilənin uzadılması üçün aparılan danışıqlardan danışıb.
Operativ Media xəbər verir ki, o, bu haqda TV3-ə müsahibəsində deyib.
"Lamin artıq bizim müqavilə təklifimizi qəbul edib. Sadəcə, onun 18 yaşı tamam olan kimi onu imzalaması lazımdır".
2024/25 mövsümündə Yamal "Barselona"nın heyətində bütün turnirlərdə 53 oyun keçirib, 17 qol vurub və 25 məhsuldar ötürmə edib. 17 yaşlı futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma