Menyu

"Neftçi" bu mövsüm ilk böyükhesablı qələbəsini qazanıb

Əziz Əzizli
"Neftçi" bu mövsüm ilk böyükhesablı qələbəsini qazanıb

“Neftçi” Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.

Operativ Media xəbər verir ki, Samir Abasovun yetirmələri 35-ci turda “Səbail”i 3:0 hesabı ilə məğlub edib.

“Ağ-qaralar” sonuncu böyükhesablı qələbəni də ötən mövsümün 35-ci turunda, mayın 18-də, elə “Səbail”lə görüşdə eyni hesabla qazanmışdı. 365 gün əvvəlki qələbə səfərdə əldə olunub.

Bununla da “Neftçi” ölkə çempionatları tarixində 31-ci fərqli mövsümdə böyükhesablı qələbə qazanıb. Yalnız 2009/10 və 2015/16 mövsümlərində “ağ-qaralar” belə nəticəyə sevinməyib. 31 fərqli mövsümdə böyük hesabla qalib gəlməklə çempionatlar tarixində yeni rekord qeydə alınıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər