"Araz-Naxçıvan" Konfrans Liqasına vəsiqə qazandı - RƏSMİ
Əziz Əzizli
"Araz Naxçıvan” klubu Azərbaycan Premyer Liqasında 3-cü yeri təmin edib.
Operativ Media xəbər verir ki, bu gün 35-ci turda onlar səfərdə “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəliblər və son turun nəticəsindən asılı olmayaraq, bürünc medal qazanıblar.
Naxçıvan təmsilçisi tarixində ilk dəfə olaraq Avropa kuboklarına - Konfrans Liqasına vəsiqə qazanıb.
Onlar yarışa 2-ci mərhələdən başlayacaqlar. Bu mövsüm daha əvvəl çempion “Qarabağ” və ikinci yeri tutan “Zirə” də avrokuboklarda iştirak hüququ qazanmışdılar.
Azərbaycanın avrokuboklardakı sonuncu 4-cü təmsilçisi kubokun finalının “Qarabağ” - “Sabah” görüşündən sonra dəqiqləşəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net