Menyu

Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub

Əziz Əzizli
Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub

Stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub.

Operativ Media xəbər verir ki, yarışın son günündə şəxsi, qoşa və qarışıq-qoşa mübarizədə qaliblər müəyyənləşib. Şəxsi yarışlar Onur Quluzadə və Mərziyyə Nurmətovanın qələbəsi ilə başa çatıb.

Kişilərin qoşa mübarizəsində Vəzir Allahverdiyevlə Onur Quluzadə, qadınlarda Mərziyyə Nurmətova ilə Aylin Əsgərova bütün rəqiblərini üstələyib.

Qarışıq qoşa yarışlarda isə Vəzir Allahverdiyevlə Zemfira Mikayılova Azərbaycan çempionu adına layiq görülüb. Xatırladaq ki, yarışın ilk günlərində keçirilən komanda turnirində kişilərin mübarizəsi “Bakı-1” komandasının, qadınların yarışı isə “Sumqayıt-1” kollektivinin qələbəsi ilə nəticələnmişdi. Fəxri kürsüyə qalxan idmançılara AGİN-nin diplom və medalları, həmçinin, ASTF-nin mükafatları təqdim olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər