Neymar yayda "Santos" ilə müqaviləni uzadacaq
Əziz Əzizli
"Santos"un hücumçusu Neymar Braziliya klubu ilə müqaviləsini uzadacaq.
Operativ Media xəbər verir ki, bu haqda "TNT Sports Brasil" məlumat yayıb.
33 yaşlı braziliyalının hazırkı müqaviləsi bu yay başa çatır. Neymarın eyni vaxtda yeni bir illik müqavilə imzalayacağı gözlənilir.
Neymar "Santos"un akademiyasında yetişib. O, bu ilin yanvarında “Əl-Hilal”dan komandaya qayıdıb. Bu mövsüm forvard bütün turnirlərdə doqquz oyun keçirib, üç qol vurub və üç məhsuldar ötürmə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net