Azərbaycan güləşçiləri İrandan 5 medalla qayıdır
Əziz Əzizli
İranın Behşehr şəhərində keçirilən sərbəst güləş üzrə “Necad Haşimi kuboku” turnirinə yekun vurulub.
Operativ Media xəbər verir ki, sonuncu yarış günündə 61, 70, 79, 92 və 125 kq-da qaliblər müəyyənləşib.
U20 milli komandanın 3 üzvü fəxri kürsüyə qalxıb.
Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) gümüş Nurlan Ağazadə (70 kq) isə bürünc medal qazanıb.
7 ölkənin təmsil olunduğu turnirdə komanda hesabında İran birinci, Hindistan ikinci, Azərbaycan isə üçüncü yeri tutub.
Xatırladaq ki, ilk yarış günündə Omar Gülməmmədov (74 kq) gümüş Sədrəddin Həsənov (57 kq) isə bürünc medal qazanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net