Menyu

Niderlandın ən böyük bank qrupu Azərbaycanda inflyasiya proqnozunu yeniləyib

Əsəd Abbaslı
Niderlandın ən böyük bank qrupu Azərbaycanda inflyasiya proqnozunu yeniləyib

Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 4,8 %, 2026-cı il üçün isə 4,7 % səviyyəsində proqnozlaşdırır.

Operat0iv Media xəbər verir ki, proqnozlar yanvar ayında verilən gözləntiləri müvafiq olaraq 0,4 və 0,2 faiz bəndi üstələyir.

Proqnoza əsasən, Azərbaycanda 2025-ci ilin birinci rübündə orta illik inflyasiya 5,4 %, ikinci rübdə 5,7 %, üçüncü və dördüncü rüblərdə isə 4 % təşkil edəcək.

2026-cı ilin son rübündə bu göstəricinin 5,6 % olacağı gözlənilir.

Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozuna görə, cari ildə inflyasiya 5,5 %, 2026-cı ildə isə 3,8 % təşkil edəcək.

Qeyd edək ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2 % təşkil edib.

Teqlər:

"Niderland\u0131n \u0259n b\u00f6y\u00fck bank qrupu Az\u0259rbaycanda inflyasiya proqnozunu yenil\u0259yib"

Əlaqəli Xəbərlər