Menyu

SOCAR "Tamar" layihəsində 10% pay alıb

Əsəd Abbaslı
SOCAR "Tamar" layihəsində 10% pay alıb

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Union Energy” şirkəti ilə İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan və böyük önəm daşıyan “Tamar” layihəsində effektiv olaraq 10 % payın alınması üzrə müqavilə imzalayıb.

Operativ Media SOCAR-a istinadən xəbər verir ki, müqavilənin qüvvəyə minməsi üçün müəyyən şərtlərin yerinə yetirilməsi, o cümlədən müvafiq qaydada tənzimləyici və digər təsdiqlərin alınması tələb olunur.

Bununla da SOCAR Aralıq dənizi hövzəsində “upstream” sahəsində investisiya layihələrini həyata keçirməyə başlayır. SOCAR xarici ölkələrdə strateji aktivlərdə iştirak payının alınması istiqamətində bundan sonra da fəaliyyətini davam etdirəcək, məlumatda deyilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər