Azərbaycan və İtaliya şirkətləri arasında yeni fəaliyyət istiqamətlərinin təşviqi müzakirə olunub
Nərmin Qocamanlı
İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın şirkətlər və "Made in Italy" naziri Adolfo Urso ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə M.Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"İtaliyaya səfərimiz zamanı bu ölkənin şirkətlər və "Made in Italy" naziri Adolfo Urso ilə görüşmək xoş oldu. İkitərəfli iqtisadi əlaqələr, birgə investisiya layihələri, Azərbaycan və İtaliya şirkətlərinin əməkdaşlığı və yeni fəaliyyət istiqamətlərinin təşviqi barədə fikirlərimizi bölüşdük".
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma