QDİƏT və Azərbaycan arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunub
Nərmin Qocamanlı
Energetika naziri Pərviz Şahbazov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində bildirib.
"Azərbaycanın təşkilata sədrliyi dövründə enerji sahəsində əməkdaşlıq, Enerji İşçi Qrupunun iclasının keçirilməsi və təşkilatla əlaqələrin inkişafı ilə bağlı məsələləri müzakirə etdik. Qara dəniz regionunda enerji tərəfdaşlığında “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyətini dəyərləndirdik", - nazir bildirib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma