Menyu

Azərbaycan Pakistanla bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib

Nərmin Qocamanlı
Azərbaycan Pakistanla bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Pakistanın özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.

Operativ Media xəbər verir ki, nazir bu barədə öz "X" hesabında paylaşım edib.

"Enerji sahəsində müxtəlif istiqamətlər üzrə ikitərəfli münasibətlərin inkişafına dair məhsuldar görüşümüz oldu.

Gündəlikdə olan məsələlər, o cümlədən neft-qaz, bərpa olunan enerji və enerji səmərəliliyi üzrə əməkdaşlıq imkanlarını dəyərləndirdik", - nazir bildirib.

Teqlər:

"Az\u0259rbaycan Pakistanla b\u0259rpa olunan enerji sah\u0259sind\u0259 \u0259m\u0259kda\u015fl\u0131\u011f\u0131 m\u00fczakir\u0259 edib"

Əlaqəli Xəbərlər