Menyu

Azərbaycan ötən il 178,1 milyon dollarlıq pambıq lifi ixrac edib

Nərmin Qocamanlı
Azərbaycan ötən il 178,1 milyon dollarlıq pambıq lifi ixrac edib

2024-cü il ərzində ölkədən 178,1 milyon ABŞ dolları dəyərində 119,8 min tondan çox pambıq lifi ixrac edilib.

Operativ Media Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 45,2 faiz və ya 55,4 milyon dollar, həcm baxımından isə 1,7 dəfə və ya 49,6 min ton çoxdur.

Ötən il ərzində bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,67 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 5,31 faizə bərabər olub ki, bu da 2023-cü ilin göstəricilərini müvafiq olaraq 0,31 və 1,64 faiz bəndi üstələyir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər