Moldovanın xarici dövlət borcu ilk dəfə olaraq dörd milyard dolları ötüb
Nərmin Qocamanlı
2024-cü ilin sonunda Moldovanın xarici dövlət borcu tarixdə ilk dəfə olaraq 4 milyard dolları ötüb.
Operativ Media xəbər verir ki, bu barədə iqtisadi analitik və parlamentin iqtisadiyyat üzrə komissiyasının keçmiş sədri Vladimir Qolovatyuk bildirib.
Qolovatyuk "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb : “2024-cü ilin dekabrında xarici dövlət borcu 431 milyon dollar artaraq 4,19 milyard dollar təşkil edib".
Moldovanın əsas kreditorları arasında o, xüsusilə BVF, Avropa Komissiyası, Kanada Hökuməti , Fransa İnkişaf Agentliyi və Avropa İnvestisiya Bankının adını çəkib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net