Menyu

Azərbaycan və İran 16-cı birgə komissiyanın iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər

Əziz Əzizli
Azərbaycan və İran 16-cı birgə komissiyanın iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər

Yanvarın 22-23-də Tehranda İran – Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclası keçiriləcək və burada əsas sahələrdə əməkdaşlıq müzakirə olunacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Komissiyanın həmsədrləri İranın nəqliyyat və şəhərsalma naziri Fərzanə Sadiq və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev olacaq.

Yanvarın 22-də Azərbaycandan 40 nəfərlik nümayəndə heyəti iranlı həmkarları ilə profil komitələr çərçivəsində nəqliyyat, bank işi, investisiya, energetika, turizm, mədəniyyət və kommunikasiya məsələlərini müzakirə edəcək.

Yanvarın 23-də müzakirələrin yekununda tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.

Teqlər:

"Az\u0259rbaycan v\u0259 \u0130ran 16-c\u0131 birg\u0259 komissiyan\u0131n iclas\u0131nda iqtisadi \u0259m\u0259kda\u015fl\u0131\u011f\u0131 m\u00fczakir\u0259 ed\u0259c\u0259kl\u0259r"

Əlaqəli Xəbərlər