BP "Shah Deniz Alpha" platformasının işini sualtı boru kəmərindəki problem səbəbindən dayandırıb
“Şahdəniz” yatağının texniki operatoru olan “BP-Azerbaijan” şirkəti kondensatın nəqli üçün nəzərdə tutulmuş sualtı boru kəmərindəki texniki nasazlıq səbəbindən "Alpha" platformasının işini dayandırıb.
Bu barədə "Operativ Media"ya “BP-Azerbaijan” mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.
"Platformanın özündə heç bir problem yoxdur. Texniki problem "Alpha" platformasını Səngəçal terminalı ilə birləşdirən kondensatın nəqli üçün sualtı boru kəmərində yaranıb. Bu səbəbdən biz bu platformanın işini dayandırmışıq", - T.Bayatlı qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma