Ana səhifə / İqtisadiyyat / Ötən il Azərbaycandan xarici bazarlara ixrac olunan pomidorun həcmi açıqlanıb Ötən il Azərbaycandan xarici bazarlara ixrac olunan pomidorun həcmi açıqlanıb 08.01.2025, 10:22 Nərmin Qocamanlı "Operativ Media" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2024-cü ildə Azərbaycandan xarici bazarlara istixana məhsullarının ixracında yüksək göstəricilər qeydə alınıb. Ötən il ərzində ölkəmizdən xarici bazarlara ixrac olunan istixana məhsulları sırasında pomidor üstünlük təşkil edib. 2024-cü ildə Azərbaycandan xarici ölkələrə 175,430.4 min dollar dəyərində 145,603.2 ton pomidor ixrac edilib. Qeyd edək ki, 2023-cü ildə xarici bazarlara 161,957.0 min dollar dəyərində 140,588.0 ton pomidor ixrac edilmişdi. 2023-cü illə müqayisədə ixrac olunan pomidorun həcmi 3,6%, dəyəri isə 8,3% artıb. Teqlər: "\u00d6t\u0259n il Az\u0259rbaycandan xarici bazarlara ixrac olunan pomidorun h\u0259cmi a\u00e7\u0131qlan\u0131b"