Menyu

DSMF-nin 2025-ci il üçün büdcə layihəsi üçüncü oxunuşda qəbul edilib

Nərmin Qocamanlı
DSMF-nin 2025-ci il üçün büdcə layihəsi üçüncü oxunuşda qəbul edilib

"Operativ Media" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu, 2024-cü illə müqayisədə 726 560 000 manat, yaxud 10,45 faizdən çoxdur.

Layihəyə əsasən, gələn il DSMF-nin xərclərinin maliyyələşmə mənbəyi aşağıdakılardır:

-Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsinin gəlirləri - 7 617 400 000,0 manat;

-Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən - 59 020 000,0 manat.

Fondun 2025-ci il üçün məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərinin həcminin 5997,40 mln. manat və ya gəlirlərin 78,73 faizi qədər təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2024-cü ilin təsdiqlənmiş proqnoz məbləği göstəricisi ilə müqayisədə 519,26 mln. manat və ya 9,48 faiz çoxdur.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Teqlər:

"DSMF-nin 2025-ci il \u00fc\u00e7\u00fcn b\u00fcdc\u0259 layih\u0259si \u00fc\u00e7\u00fcnc\u00fc oxunu\u015fda q\u0259bul edilib"

Əlaqəli Xəbərlər