Menyu

Hesablama Palatasının 2025-ci il üçün ayrılacaq vəsaitlərin istifadə istiqamətləri açıqlanıb

Hesablama Palatasının 2025-ci il üçün ayrılacaq vəsaitlərin istifadə istiqamətləri açıqlanıb

"Operativ Media" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

Onun sözlərinə görə, bu vəsaitin 57 %-i 56 nəzarət tədbirinin keçirilməsi üçündür: "19 %-i 6 yarımillik və 1 illik hesabatın hazırlanması, 8 %-i isə 4 dəfə çap ediləcək dövlət auditi jurnalına, 1 hesabat, 1 məlumatın və 8 xülasənin hazırlanması, daha 7 %-i isə beynəlxalq imicimizin gücləndirilməsi, o cümlədən 2 beynəlxalq layihənin həyata keçirilməsi, 14 işçi qrupunda iştirakımızın və beynəlxalq sertifikatlı əməkdaşlarımızın 20 % artırılması məqsədi ilə, digər 7 %-i isə növbəti illərə rəqəmsal transformasiya və İT auditi üzrə bir sıra fəaliytətlər üçün nəzərdə tutulub".

V. Gülməmmədov qeyd edib ki, bu xərclər hesabına Hesablama Palatasının 197 əməkdaşına əməkhaqqı hesablanır: "Növbəti ildə ölkə başçısı tərəfindən müəyyən edilən “Yaşıl dünya naminə həmrəylik ili”n tələbləri nəzərə alınaraq mətbuat və dəftərxana xərcləri 20 %, alınacaq ləvazimatların sayı 30 %, yanacaq və sürtkü xərcləri isə 5 % azaldılıb".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər