Rusiya gələn il 55-60 milyon ton taxıl ixrac etməyi planlaşdırır
Rusiya gələn il (2025-ci ilin iyul ayına qədər) 55-60 milyon ton taxıl ixrac etməyi proqnozlaşdırır.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiyanın baş nazir müavini Dmitri Patruşev məlumat verib.
"Ümumi taxıl məhsulu 130 milyon ton olacaq ki, bunun 83 milyon tonu buğdadır. Cari kənd təsərrüfatı mövsümündə xarici bazarlara təxminən 55-60 milyon ton taxıl çıxarmağa imkan verəcək", - nazir müavini bildirib.
Rusiya nazir müavini bu il Hindistan, Banqladeş, BƏƏ, Vyetnam, İndoneziya, Mərakeş və Nigeriyaya tədarüklərin artmaqda davam etdiyini bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net