Menyu

COP29 çərçivəsində "Azərsun Holdinq" və KOBİA arasında memorandum imzalanıb

Nərmin Qocamanlı
COP29 çərçivəsində "Azərsun Holdinq" və KOBİA arasında memorandum imzalanıb

Bu əməkdaşlıq çərçivəsində “KOB-ların Yaşıl İqlim keçidi üçün Bakı Koalisiya Bəyannaməsi”nə qoşulmaq barədə razılıq əldə olunub. Memorandum COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilir.

"Operativ Media" xəbər verir ki, imzalanma mərasimində KOBİA-nı İdarə Heyətinin sədri Orxan Məmmədov, “Azərsun Holdinq”i isə Müşahidə Şurasının sədri Abdolbari Gozal təmsil edib.

Memorandumun məqsədi iqlim dəyişmələri, yaşıl texnologiyalar, yaşıl iqtisadiyyat və yaşıl sahibkarlıq sahəsində əməkdaşlıq və birgə fəaliyyəti təşviq etməkdir. Tərəflər ətraf mühitin sağlamlaşdırılması, maarifləndirmə və davamlı inkişaf istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

“Azərsun Holdinq” uzun illərdir iqlim dəyişikliklərinə qarşı mübarizə, sağlam ekologiya və yaşıl iqtisadiyyatın inkişafı naminə ardıcıl addımlar atır. Bu memorandum vasitəsilə şirkət öz öhdəliklərini bir daha təsdiq edir və KOBİA ilə birlikdə davamlı gələcək üçün yeni təşəbbüslərə imza atmağı planlaşdırır.

Teqlər:

"COP29 \u00e7\u0259r\u00e7iv\u0259sind\u0259 \"Az\u0259rsun Holdinq\" v\u0259 KOB\u0130A aras\u0131nda memorandum imzalan\u0131b"

Əlaqəli Xəbərlər