Menyu

Aİ-Azərbaycan əməkdaşlığının inkişafı və regional tərəfdaşlıq haqqında müzakirələr aparılıb

Aİ-Azərbaycan əməkdaşlığının inkişafı və regional tərəfdaşlıq haqqında müzakirələr aparılıb

COP29 çərçivəsində Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru ilə keçirilən görüşdə iqtisadi və investisiya sahələri üzrə potensial əməkdaşlıq imkanları müzakirə edilib.

"Operativ Media" İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Koopmanla görüşüb.

Görüşdə Aİ-Azərbaycan əməkdaşlığının inkişafı və regional tərəfdaşlıq haqqında müzakirələr aparılıb. Azərbaycanın qlobal çağırışlara töhfələri, yaşıl gündəliyin təşviqi ilə bağlı atılan addımlar nəzərdən keçirilib. Dayanıqlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən iqtisadi islahatlar, regional layihələrin əhəmiyyəti və qlobal tərəfdaşlığın prioritetləri müzakirə edilib. İqtisadi və investisiya sahələri üzrə potensial əməkdaşlıq imkanları istiqamətində fikir mübadiləsi aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər