İqtisadiyyat naziri "TotalEnergies" şirkətinin baş icraçı direktoru ilə görüşüb
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində TotalEnergies şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə o "X" hesabında paylaşım edib.
"COP29 çərçivəsində TotalEnergies şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə işgüzar naharda qabaqcıl #sənaye liderlərinin metan emissiyalarının azaldılması üzrə fəaliyyəti, ölkəmizin bu sahədə potensialından istifadə və #yaşılenerji-nin intensiv təşviqi üçün əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq", - deyə paylaşımda qeyd olunub.
Teqlər:
"\u0130qtisadiyyat naziri \"TotalEnergies\" \u015firk\u0259tinin ba\u015f icra\u00e7\u0131 direktoru il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"