Menyu

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji” dəhlizinin yaradılması üzrə görüş keçirilib

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji” dəhlizinin yaradılması üzrə görüş keçirilib

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji” dəhlizinin yaradılması üzrə görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.

"Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji” dəhlizinin yaradılması üzrə Nazirlərin/Rəhbər Komitənin COP29 çərçivəsində keçirilən 9-cu Görüşündə “CESI” şirkəti tərəfindən “Yaşıl Enerji Dəhlizi” layihəsinin Texniki-İqtisadi Əsaslandırmasının ilkin hesabatı təqdim edildi. Bərpa olunan enerji və “yaşıl hidrogen” üzrə tələbat, istehsal proqnozları, texnologiyalar və interkonnektorların texniki-iqtisadi potensialı təhlil olundu. Layihəyə AYİB və AİB tərəfindən dəstək ifadə edildi",- deyə paylaşımda qeyd olunub

Teqlər:

"Az\u0259rbaycan G\u00fcrc\u00fcstan Rum\u0131niya v\u0259 Macar\u0131stan aras\u0131nda \u201cya\u015f\u0131l enerji\u201d d\u0259hlizinin yarad\u0131lmas\u0131 \u00fczr\u0259 g\u00f6r\u00fc\u015f ke\u00e7irilib"

Fotogalereya

Əlaqəli Xəbərlər