Menyu

AMB sədri: Azərbaycanın bank sektoru 2030-cu ilin sonuna qədər maliyyə öhdəliklərini elan edəcək

AMB sədri: Azərbaycanın bank sektoru 2030-cu ilin sonuna qədər maliyyə öhdəliklərini elan edəcək

Azərbaycan bank sektoru BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ölkədə "yaşıl transformasiya” çərçivəsində maliyyə öhdəliklərinin həcmini açıqlayacaq.

"Operativ Media" xəbər verir ki, bunu COP29 kuluarlarında jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

O vurğulayıb ki, noyabrın 14-də keçiriləcək konfransdakı müzakirələr maliyyə məsələlərinə həsr olunacaq: "AMB maliyyə sektoru ilə birlikdə üç tədbir keçirəcək. Burada, həmçinin bank sektorunun Azərbaycanda “yaşıl transformasiya”nın maliyyələşdirilməsi üzrə üzərinə götürdüyü maliyyə öhdəliklərinin həcmi açıqlanacaq".

T.Kazımovun sözlərinə görə, qeyd olunan tarix əlamətdar olacaq, çünki ölkənin bank sektoru 2030-cu ilin sonuna qədər maliyyə öhdəliklərini elan edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər