Şavkat Mirziyoyev COP29-da iştirak etmək üçün Azərbaycana gələcək
Əsəd Abbaslı
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransında (COP29) iştirak etmək üçün noyabrın 11-13-də Azərbaycanda işgüzar səfərdə olacaq.
"Operativ Media" xəbər verir ki, səfər çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Prezidenti İlham Əliyev, və digər rəsmi şəxslərlə görüşü də nəzərdə tutulub.