Menyu

AFFA rəsmisi UEFA-dan təyinat aldı

Əziz Əzizli
AFFA rəsmisi UEFA-dan təyinat aldı

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

"Operativ Media" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

O, qadın futbolçulardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək “Roma” (İtaliya) – “Lion” (Fransa) oyununun UEFA nümayəndəsi olacaq.

A qrupunun qarşılaşması noyabrın 13-də Roma şəhərində yerləşən “Tre Fontane” stadionunda baş tutacaq.

Teqlər:

"AFFA r\u0259smisi UEFA-dan t\u0259yinat ald\u0131"

Əlaqəli Xəbərlər