Ana səhifə / İdman / "Qarabağ" dünya reytinqində gerilədi "Qarabağ" dünya reytinqində gerilədi 10.11.2024, 12:27 Əziz Əzizli “Qarabağ” dünya klublarının reytinq siyasında daha 12 pillə geriləyib. "Operativ Media" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytında məlumat yayıb. Azərbaycan çempionu 507 komandanın olduğu cədvəldə 167,25 xalla 72-ci yerdə qərarlaşıb. Ağdam təmsilçisi oktyabrda 8 pillə geriləmişdi. 18 mövqe itirən “Zirə” (94,25 xal) 219-cudur. 12 sıra aşağı düşən “Sabah” (59,50 xal) isə 423-cü ola bilib. Siyahıya 414 xalla İspaniyanın “Real” klubu başçılıq edir. Teqlər: "\"Qaraba\u011f\" d\u00fcnya reytinqind\u0259 geril\u0259di"
18.04.2026, 14:30 Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib