Türkiyə XİN rəhbəri Azərbaycan xalqını təbrik edib
Nərmin Qocamanlı
Türkiyənin xarici işlər naziri Hakan Fidan Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.
"Operativ Media" xəbər verir ki, o, bu barədə "X"də yazıb.
"Qardaş Azərbaycanın 8 Noyabr - Zəfər Gününü böyük sevinc və qürurla, ürəkdən təbrik edirəm. Qarabağı öz yurduna qovuşduran azərbaycanlı qardaşlarımızın Zəfər coşqusunu paylaşır, azadlıq mübarizəsində canlarını fəda edən şəhidlərimizi rəhmətlə, qəhrəman qazilərimizi hörmətlə yad edirəm", - paylaşımda deyilir.