Menyu

AFFA Kəpəz"i 1200 manat cərimələdi

Əziz Əzizli
AFFA Kəpəz"i 1200 manat cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 10-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

25 oktyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XI turun “Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” komandası 700 manat cərimə edilir.

25 oktyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XI turun “Turan Tovuz” – “Kəpəz” oyununda “Kəpəz” komandasında 5 nəfər sarı vərəqə aldığına görə “Kəpəz” komandası 700 manat cərimə edilir.

25 oktyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XI turun “Turan Tovuz” – “Kəpəz” oyunu bitdikdən sonra “Kəpəz” komandasının 29 nömrəli futbolçusu Dioqo Verdaska hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kəpəz” komandası 500 manat cərimə edilir.

26 oktyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XI turun “Səbail” – “Sumqayıt” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 700 manat cərimə edilir.

26 oktyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XI turun “Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Sumqayıt” komandası 700 manat cərimə edilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər