"Nyukasl" 17 yaşlı gürcüstanlı hücumçu ilə müqavilə imzalayıb
Əziz Əzizli
İngiltərənin "Nyukasl Yunayted" klubu Tbilisi "Dinamo"sunun 17 yaşlı hücumçusu Vaxtanq Saliya ilə müqavilə imzalayıb.
"Operativ Media" xəbər verir ki, gürcü futbolçu 2025-ci ildə, 18 yaşı tamam olanda "Nyukasl Yunayted"ə keçəcək. O vaxta qədər “Dinamo”da mübarizəni davam etdirəcək.
Vaxtanq Saliya 2023-cü ildə "Dinamo"da debüt edib. Cari mövsümdə o, 27 matçda iştirak edib və 5 qol vurub.